Dünyanın ən böyük avtomobil istehsalçısı Toyota Motor, Çində olan bütün zavodları 16 Fevral tarixinə qədər bağlı saxlayacağını açıqlayıb. Toyota-nın Çində 12 avtomobil və avtomobil hissələri zavodu var.
Fins.az xəbər verir ki, Toyota ilk açıqlamasında Çində zavodların 9 Fevraladək bağlı olacağını açıqlamışdı. Zavodlar koronavirus epidemiyasına görə bağlanıb.
Dünən, Fiat Chrysler, Çindən ehtiyat hissələri tədarükündə çətinliyin davam etməsi halında Avropadakı zavodlarını 2-4 həftə üçün bağlaya biləcəyini açıqlamışdı.
© Marja
Hyundai də ehtiyat hissələri tədarükündə çətinlik səbəbilə Cənubi Koreyadakı istehsalını dayandırmışdı.