AVTO

07 Fevral

"Formula 1" rəhbərliyi Çin Qran-prisindən imtina etmək istəmir

"Formula 1" rəhbərliyi koronavirusa görə Çin Qran-prisindən imtina etmək niyyətində deyil.

Fins.az xəbər verir ki, bu barədə idman direktoru Ross Braun "Motorsport" nəşrinə açıqlamasında bildirib.

O, yarışın təxirə salına biləcəyini vurğulayıb: "Qran-prinin aprel ayında baş tutmama ehtimalı varsa, təxirə salınacaq. Bu ilin sonunda bir yarış keçirmə ehtimalını açıq saxlayacağıq. Çində Qran-pri keçirmək istəyirik. Oradakı səlahiyyətli nümayəndələrdən son qərarı gözləyirik. Mart ayındakı bütün sosial tədbirləri ləğv etdilər. Vəziyyət faciəlidir. Düşünürəm ki, növbəti iki həftədə hər şeyin necə olacağı bilinəcək".

Qeyd edək ki, Şanxay İdman Federasiyası ölkədəki böyük idman tədbirlərinin koronavirusun aradan qaldırılmayana qədər ləğv olunduğunu bildirib. Daha öncə "Formula E" çempionatında Çin Qran-prisi ləğv edilib.