Maserati şirkəti şimaliamerikan bazarı üçün nəzərdə tutulmuş məhdud saylı Edizione Ribelle seriyasından olan modelləri təqdim edib. İtalyan markası "qiyamçı" seriyasından olan 225 avtomobili buraxmağı planlaşdırır. Bunlardan 100 ədədi - Ghibli S Q4, 100 ədədi - Levante S, 25 ədədi isə, Quattroporte S Q4 modeli olacaqdır. Məhdud seriyadan olan avtomobillər GranSport versiyasının əsasında yaradılacaqdırlar.
Fins.az autograph.az-a istinadən bildirir ki, Maserati Noth America bölməsinin icraçı direktoru Al Qardner Edizione Ribelle modellərinin öz sahiblərinə "eyni görkəmli avtomobillər dənizində" seçilmək imkanı verəcəyini söyləyib. Belə avtomobillər kuzovun Nero Ribelle Mica rəngi, "qara xrom" dekoruna malik olan Nerissimo staylinq-dəsti, qara rəngli 20-düymlük təkər diskləri, moldinqlər və buraxılış sisteminin ucluqları ilə seçiləcəkdirlər.
Məhdud saylı seriyadan olan avtomobillərin salonu idman oturacaqlarına, ikirəngli dəri ilə üzlənmiş və seçilən tikişləri olan interyerə, karbondan dekor elementlərinə, alkantara ilə örtülmüş tavana və oturacaq başlıqlarındakı Maserati loqotiplərinə sahib olacaqdır. Edizione Ribelle modellərinin baza təchizatına Harman Kardon səs sistemi, sükanın qızıdırılması, oturacaqların qızıdırılması və havalandırması, həmçinin qapı dartıcıları daxil olacaqdır.
Edizione Ribelle seriyası ilə yanaşı, italyan istehsalçısı Ghibli, Levante və Quattroporte modelləri üçün GT Sport dəstini də təqdim edib. Bu dəstin tərkibinə aqressiv kuzov dəsti, xüsusi dizayna malik olan təkər diskləri, rəngli əyləc supp