"Formula 1" üzrə Çin Qran-prisi bu il keçirilməyə bilər.
Fins.az-ın məlumatına görə, Şanxay İdman Federasiyası ölkədəki böyük idman tədbirlərinin koronavirusun aradan qaldırılmayana qədər ləğv olunduğunu bildirib. Beləliklə, yarışın təşkilinə yerli hakimiyyət rəsmən icazə verməyib.
Beynəlxalq Avtomobil Federasiyası (FİA) və "Formula 1" rəhbərliyi hələ mərhələnin ləğvi və ya təxirə salınması ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, daha öncə "Formula E" çempionatında Çin Qran-prisi ləğv edilib.