Dövlət Əmlak Xidməti bəzi dövlət qurumlarının avtomobillərini hərraca çıxarıb.
Fins.az xəbər verir ki, bu dəfə Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Hesablama Palatası, Baş prokurorlıq və DİN-in avtomobilləri hərraca çıxarılıb. Avtomobillərin əksəriyyəti 2007-2009-cu illər buraxılışıdır və qiyməti 5-9 min manat arasında dəyişir.
Gömrük Komitəsinin avtomobili 3-cü dəfə 10% endirimlə, Hesablama Palatasının avtomobilləri isə 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılıb.
Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)