Alfa Romeo şirkəti Giulia ailəsini məhdud sayda buraxılacaq GTA versiyası ilə genişləndirmək niyyətindədir. Giulia GTA hal-hazırda üst model olan Giulia Quadrifoglio sedanından bir pillə yuxarıda yerləşəcək, ondan güclü və yüngül olacaqdır.
Bu barədə Moparinsiders.com saytındakı mənbələr xəbər verib. Əldəı edilmiş məlumata görə, Alfa Romeo Giulia modelinin ən ekstremal versiyası bu ilin yayında debüt edəcəkdir. Yeni modellə birlikdə italyan markasının model xəttinə GTA indeksi də qayıdacaqdır. Sonuncu dəfə bu indeksdən NiTo GTA konseptində istifidə olunub. 240 at qüvvəli hetçbeki seriyaya buraxmaq planları olsa da, 2008-ci ildə baş vermiş böhran bu planların həyata keçməsinə mane olub. Seriaya avtomobillərindən isə GTA indeksinin Alfa Romeo 156 modelinin idman versiyası daşıyıb.
Milli.Az autograph.az-a istinadən bildirir ki, şayiələrə görə, Alfa Romeo Giulia GTA modeli 620 at qüvvəsi hasil edən 2,9-litrlik V6 biturbomühərriki ilə təchiz ediləcəkdir. Xatırladaq ki, Giulia Quadrifoglio modelində bu mühərrik 510 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. Güc aqreqatının 8-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacağı söylənilir. GTA (Gran Tourismo Alleggerita) abbreviaturasında əsas kəlmə "alleggerita" ("yüngülləşdirilmiş") kəlməsidir. Bu səbədən də, Quadrifoglio və GTA modifikasiyaları arasında fərq 20 kq olmalıdır.
Alfa Romeo Giulia GTA modelinin tirajı məhdudlaşdırılacaqdır. Sedanın təqdimatının, 24 iyun tarixində Milanda keçiriləcək italyan markasının 110 illik yubileyinə həsr edilmiş tədbir çərçivəsində baş tutacağı ehtimal olunur.