AVTO

05 Fevral

İlk Lexus LC 500 kabrioleti iki milyon dollara satılıb - FOTO

İlk Lexus LC 500 kabrioleti Barrett-Jackson hərrac evinin təşkil etdiyi hərracda satılıb. 100001 VIN-nəmrəsinə malik olan kabrioletin yeni sahibi avtomobil üçün iki milyon dollar ödəyib. Beləliklə, ilk LC 500 kabrioleti Lexus markasının tarixində olan ən bahalı avtomobilə çevrilib.

Hərracda satılmış kabriolet 100 nüsxəlik tiraja malik olan məhdud saylı Inspiration "salamlama" seriyasından olan ilk avtomobildir. Hərracda satılmış avtomobil kuzovun parlaq-göy Structural Blue rənginə, həmçinin Inspiration Series Launch Edition 1 of 1 yazıları olan karbondan dekor elementlərinə sahibdir.

Fins.az autograph.az-a istinadən bildirir ki, adının açıqlanmasını istəməyən alıcı bir neçə əlamətdar aksesuara da sahib olub. Onların arasında kabrioeltin çərçivəyə salınmış eskizi, Lexus zavodunun direktorunun və mühəndislərinin imzaladığı sertifikat, konveyerdəki yığım prosesini əks etdirən şəkillərdən ibarət portfolio, həmçinin Lexus məktəbindəki sürücü kurslarına qatılmaq hüququ verən sertifikat və Pebbl-Biçdəki oteldə üç gecəlik qonaqlama sertifikatı da vardır.

Ekslklyuziv kabrioletin satışından əldə edilmiş vəsait amerikan uşaqlarına və veteranlarına yardım edən xeyriyyə fondlarına yönəldiləcəkdir.