2019-cu ildə Gürcüstanın işlənmiş avtomobillərin ixracı əvvəlki illə müqayisədə 278 496,2 min ABŞ dollar və ya 68,2% artaraq 686 747,0 min dollara çatıb.
Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Bu barədə APA yazıb.
Məlumata görə, hesabat dövründə Gürcüstanın işlənmiş avtomobillərin ixracının 36,2%-i (248 769,9 min dolları) Azərbaycanın payına düşüb. Təkrar avtomobil ixracının ötən il Gürcüstanın ümumi ixracında payı 18,2% təşkil edib.
Qeyd edək ki, Azərbaycan ötən il Gürcüstandan 24 314 ədəd avtomobil idxal edib.