AVTO

03 Fevral

“Volvo” – milyonların həyatını xilas edən avtomobil

“Volvo” ecazkar isveç dizaynına malik unikal premium brenddir. O, dünyanın ən təhlükəsiz avtomobili kimi qalmaqda davam edir.

       1959-cu ildə məhz “Volvo” mühəndisləri tərəfindən kəşf olunan 3 nöqtəli təhlükəsizlik kəməri bu günümüzə qədər bütün avtomobil istehsalçıları tərəfindən istifadə olunmaqdadır. Məhz bu təhlükəsizlik kəmərinin kəşf olunmasından sonra, “Volvo” 1 000 000-dan artıq insanın həyatını xilas etmişdir. Nəinki yaşlı insanların, hətta uşaq oturacağının kəşfi ilə, körpələrin də təhlükəsiz şəkildə hərəkət etməsində “Volvo”-nun müstəsna rolu vardır. Artıq 2019-cu ildən bəri qeyd olunan marka təkcə kişi sürücülərin deyil, qadınların da rahat və təhlükəsiz hərəkət etməsi üçün müxtəlif metodlar tətbiq etməyə başlayıb.

       1927-ci ildən fəaliyyət göstərən İsveç brendi dünya avtomobil bazarında özünəməxsus yer tutmaqla, ildən ilə satış rəqəmlərini artırmaqda davam edir. Təkcə 2018-ci ildə dünyanın 100-dən artıq ölkəsində 642 253 avtomobilin satılması buna bariz nümunədir.

      Məlum olduğu kimi, “Scandinavian Auto” QSC “Volvo” avtomobillərinin Azərbaycanda rəsmi nümayəndəsidir. Yerli bazarda “Volvo” bütün model cərgəsi ilə təmsil olunur: XC90, XC60, XC40, S90, S60 və s. Qeyd edək ki, bu avtomobillərin benzin, hibrid və elektrik mühərrikli növlərini rəsmi nümayəndəlikdən əldə etmək mümkündür. Bundan başqa, “Volvo”-nun Azərbaycan nümayəndəliyi bütün standartlara cavab verən texnologiya və ən əsası təcrübəli və peşəkar ustalarla servis mərkəzində xidmətinizdədir.