AVTO

03 Fevral

Mercedes-Benz şirkəti Las Veqasda qeyr-adi konsept nümayiş etdirib - FOTO

Las Veqasda keçirilən İstehlakçı elektronikasının beynəlxalq sərgisində (CES) Mercedes-Benz şirkəti Vision AVTR (Advanced Vehicle Transform) konseptini nümayiş etdirib. Konseptin adında, yaradıcılarının ilham mənbəyi olan "Avatar" filminə istinad da şifrələnibdir.

Şirkətdən Vision AVTR modelinin insan, təbiət və maşın arasındakı əlaqəni nümayiş etdirdiyi bildiriblər. Eyni zamanda, konsept bu üçlüyün mükəmməl şəkildə birlikdə yaşadığı cəmiyyətın xəyalını nümayiş etdirir.

Fins.az autograph.az-a istinadən bildirir ki, konsept elektrik güc qurğusu ilə hərəkətə gəlir, onun interyer detalları, o cümlədən oturacaqları, təkrar emal edilmiş materiallardan hazırlanmışdır. Kresloların forması isə, Ceyms Kəmeronun filmindəki Pandora sakinlərinin qamaklarına bənzəyir. Ənənəvi  idarəetmə orqanlarının olmaması konseptin tamamilə avtonom olmasından xəbər verir.

Mercedes-Benz Vision AVTR konseptidamla şəklində formaya malikdir və onun salonunda dörd oturacaq vardır. Avtomobilin arxa hissəsindəki 33 ədəd hərəkət edən aerodinamik  elementlər sinxron şəkildə yer dəyişərək avtomobilə kosmik görünüş bəxş edirlər. Digər qeyri-adi cəhət isə, sürücünün ürək döyüntüsünün ritminə uyğunlaşan işıqlandırmanın ritmik döyüntüləridir.

Avtomobil, 470 at qüvvəsinə malik olan elektrik güc qurğusu və tutumu 110 kVs olan batareya ilə təchiz edilir. Mercedes-Benz şirkətindən batareyada nadir tapılan metallarının olmadığını və üzvi kimyanın prinsiplərinə əsasən işlədiyini vurğulayıblar. Dolu batareya ilə Vision AVTR konsepti 700 kilometr məsafə qət etmək iqtidarındadır.