AVTO

03 Fevral

Dünyada ən çox satılan AVTOMOBİL

"Toyota" dünya avtomobil bazarında markalar arasında liderliyini qoruyub. 

Fins.az xəbər verir ki, "Toyota" ötən il dünya bazarında 8 milyon 683 min 49 ədədlik satış və 10%-i aşan bazar payı ilə dünyanın ən çox seçilən avtomobil markası olub.

2018-ci illə müqayisədə ötən il "Toyota"-nın satışları 1,8% artıb. "Toyota"-nın üstünlüyü həm də hibrit modelləri istehsal etməsi səbəb olub. 

Məlumata görə, ən çox "Corolla" modeli satılıb. Belə ki, 2019-da bir əvvəlki ilə nisbətlə 4,1% artaraq 1 milyon 236 min 380 ədəd "Corolla" satılıb.