Volkswagen şirkəti keçən il ən çox satılan «modelini» elan edib.
Fins.az xəbər verir ki, alman istehsalçısının bestselleri avtomobil deyil, ənənəvi alman karrivurst sosiskası olub. Xatırladaq ki, artıq Volkswagen 47 ildir ki, bu sosiska istehsal edir.
2019-cu ildə alman istehsalçısı dünya üzrə səpələnmiş 50 zavodunda 6,2 milyon avtomobil buraxıb. Eyni zamanda, təkcə Volfsburqdakı kolbasa zavodu 6,8 milyon sosiska istehsal edib. Sosiska istehsalının tarixi 1930-cu ildə başlayıb. O zaman, alman istehsalçısı əməkdaşları üçün yemək hazırlamaq qərarına gəlib. Lakin, firma carrywust sosiskası 1973-cü iləd peyda olub. İlk zamanlar sosiskaları əməkdaşlar üçün istehsal etsələr də, sonradan onların zavoddankənar satışlarına başlanıb.
On minlərlə zavod əməkdaşının və yerli əhalinin xoşuna gəlmiş sosiska getdikcə populyarlıq qaảnmağa başlayıb. Nəticədə karrivusrtu bir neçə ölkəyə ixrac etməyə başlayıblar. Firma kolbasaları Volkswagen şirkətinin tarixinin ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən də, ona hər bir avtoimobil ehtiyat hissəsi kimi kataloq nömrəsi də veriblər - 199 398 500 A.