AVTO

30 Yanvar

Lada-nın Bakıda yeni diler salonu açıldı

23 yanvar 2020-ci il tarixində Bakıda yeni LADA diler salonunun açılış mərasimi baş tutdu. Açılışda Renault CIS və LADA Export-un icraçı direktoru Maks Missana iştirak edirdi. Azərbaycan avtomobil jurnalistləri Natiq Zərbəliyev, Ramin Musayev, Elgün Xıdırov və Rahim Əliyev rəsmi açılışdan sonra Missana cənabları ilə müsahibə keçirməyə nail oldular.
Renault-Nissan alyansı ilə əməkdaşlıq LADA üçün yeni imkanlar yaradır.
 
LADA zavodlarında Renault və Nissan avtomobilləri üçün ehtiyat hissələrinin istehsalı planlaşdırılırmı?
 
Bu artıq baş verir, artıq Renault, Datsun, Lada artıq eyni komponentlər üzərində yığılır. Məsələn Renault üçün avtomat sürətlər qutusu Tolyattidə istehsal olunur. Əlcəzairdə yığılan Renault avtomobilləri üçün ehtiyat hissələrini və komponentləri yenə də Tolyattidən ixrac edirlir. Bunu getdikcə genişlənirdiririk və qlobal edirik. Gələcəkdə alyansın bütün avtomobilləri eyni platforma üzərində istehsal oluncaqdırlar. Artıq bu reallaşmağa başlayır.
 
LADA markası altında SUV və pikap modelləri görəcəyikmi?
 
Bu məlumatı açıqlaya bilməyəcəyəm, çünki planlaşdırma məxfidir. Amma, yaxın zamanlarda bu sahədə yeniliklər olacağını deyə bilərəm.
 
VAZ 2101 50 il öncə, 19 aprel 1970-ci ildə istehsalına başlanmışdır. Bu il AvtoVAZ 50 illiyini qeyd edir. Hər hansı yubiley modeli təqdim olunacaqmı?
 
İndi yalnız onu deyə bilərəm ki, yubileylə bağlı böyük tədbir hazırlayırıq və “50-illik” modellərimiz gözlənilir. Hələlik bu qədər məlumat verə bilərəm. Ətraflı məlumat üçün aprel ayını gözləmək lazım gələcək.
 
Artıq elektromobillər dövrü başlayır. Renault və Nissan model cərgəsində belə avtomobillər mövcuddur. Lada konsept olaraq Ellada modelini təqdim etmişdi. Onun reallaşması gözlənilirmi?
 
Trendlə bağlı doğrudur, Renault və Nissan bu sahədə dünyada liderlik edir. Daha dəqiq desəm, Renault Avropada liderdir. 
 
Amma bu genişlənmə texnolgiya ilə bağlı deyil, inkşaf səbəbi şəhərlər, ölkələrdəki infrastrukturun olmasıdır. Həmçinin, tələbatın olması əhəmiyyətlidir. Deyəlim ki, Bakıda infrastruktur yaradılıb, elektomobillərin geniş təşviqi planı olarsa, biz bu layihədə məmnuniyyətlə iştirak edərik.
 
Bir zamanlar Lada avtomobillərinin təhlükəsizliyi ilə bağlı internet və sosial şəbəkədə “Lada və maneken” zarafatı yayılmışdı. Lada-nın EuroNCAP krəş-testlərində iştirakı planlaşdırılırmı?
 
Krəş-testin bir neçə norması var. Sizin göstərdiyiniz EuroNCAP Avropa üçündür. Rusiya və Asiya regionunda “AutoReview” jurnalının metodu ilə keçirdiyi testlər ARCAP adlanır və eyni protokol üzərində formalaşır. Bu testlər üzrə Vesta və X-Ray artıq 4 ulduz alıblar. 
 
Hər bir marka özünü hər hansı bir şüarla assosiasiya edir. Lada-nın yeni fəlsəfəsi nədir?
 
Lada-nın yeni şüarı “Yeni Üfüqlər”dir. Biz bununla nə demək istəyirik? Hamı əvvəlki ənənəvi LADA avtomobillərini tanıyır, lakin artıq bu fərqli LADA-dır.
 
Artıq LADA üçün yeni dövr başlayıb və təmamilə fərqli avtomobillər təqdim olunur. Biz şüarımızla yeni dizayn, yeni avtomobil, yeni keyfiyyət, yeni xidmət, müştəri ilə münasibət… biz təmamilə formatı dəyişmişik. Biz strategiyamızı müştəri məmnuniyyəti üzərində qururuq ki, onlara təmamilə yeni xidmət göstərək. Avtomobillər daha cazibədar və keyfiyyətli olub, lakin əvvəlki qədər əlçatan qiymətlərlə təklif olunurlar.
 
Statistika və faktlara baxsaq, Lada üçün prioritet ölkə Qazaxstandır, çünki orada satışlar çox yüksəkdir. Bəs Azərbaycanı ixrac strukturunuzda necə görürsünüz?
 
Ümumi ixracımız çox sürətlə artır. Son 3 ildə 3 dəfə yüksələrək, 50 minə çatıb. MDB dövlətləri bizim ixracın fundametdidir. Məsələn, Lada Belarusda bir nömrə oldu, Qazaxstanda satışlarımız çox yüksəkdir. Həmçinin biz Özbəkistanda da buna nail olmağı istərdik. Azərbaycanda biz lider olaraq 1 nömrəyik və Lada ən çox satılan markadır.
 
Fəlsəfəmız budur ki, hamıya eyni münasibət bəsləyirik. Rusiyanın əhalisi 145 milyondur. Rusiyasız MDB ölkələrinin əhali sayı da o qədərdir. Ümumilikdə 300 milyon əhalisi olan bazardır. Rusiyada ildə 1.7-1.8 milyon avtomobil satılır, MDB ölkələrində isə toplam 400 min. Ona görə üstünlük Rusiyaya verilir, amma qonşu ölkələr də bizə vacibdir.
 
Biz MDB ilə məhdudlaşmırıq və Yaxın Şərq və ərəb, Afrika və Cənubi Amerika ölkələrində də fəaliyyətimizi genişləndiririk. Cənubi Amerika uzaq olduğundan bizim üçün daha çətin bazardır.
 
R.Ə. Hər bir avtomobil istehsalçısı üçün avtomobil yarışları çox vacibdir ki, öz texnologiyalarını nümayiş etdirsin. Renault Formula1-də öz komandası ilə iştirak edir. Amma yarışa qayıdandan sonra hələlik qalibiyyətləri yoxdur. Bu il podiumda görə biləcəyikmi, yoxsa gələn ilə planlaşdırılır?
 
M.M. Çox istəyərdim ki, tezliklə qalibiyyət olsun, amma buna real baxmaq lazımdır. Hal-hazırda Alen Prost digər komandalarla aramızda olan fərqləri azaltmağa çalışır. Ümid edirəm ki, Renault F1 komandası bu il Bakıda keçiriləcək Grand Prix-də qalib ola biləcək.
 
Azərbaycandakı tərəfdaşınız “Xəzər Lada”nın fəaliyyətini necə qiymətləndirirsiniz?
 
Biz tərəfdaşlarımızın uğurunu dəyərləndirəndə ilk növbədə rəqəmlərə istinad edirik. “Xəzər Lada” keçən il öz satışlarını 40% yüksəldib, bazarda öz liderliklərini qotuyublar. Amma yenə də onlardan yeni nailiyyətlər gözləyirik. Elə bu gün bu yeni diler salonunun açılışı tərəfdaşımızın strategiyasının bir hissəsidir. Yeni salonda müştərilərə daha geniş xidmət veriləcək ki, müştəri məmnunluğu daha yüksək olsun.
 
Son Lada Vesta-nın sınaq yürüşlarında oldum. O, artıq avtomat sürətlər qutusu ilə təqdim edilib. Vesta “avtomat" satışlarda lider olacaq, yoxsa Granta öz liderliyini saxlayacaq?
 
Mən 3 il öncə Rusiyaya gələndə, məqsədlərimdən biri avtomat sürətlər qutusu ilə Lada avtomobillərinin ixracı idi. Çünki, yollarda sıxlıq və tıxaclarların sayı getdikcə artır deyə, avtomat sürətlər qutusuna ehtiyac yüksəlirdi. Ona görə də, LADA Vesta avtomat sürətlər qutusu ilə təqdim olundu. Amma yaddan çıxarmaq olmaz ki, Granta-nın da “avtomat” verisyası var və onun qiyməti daha ucuzdur. Bizim müştəirlər üçün isə qiymət çox vacibdir.