ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” ötən ilin IV rübündə gəlirləri proqnozları 6,2% və ya 430 mln dollar üstələyərək 7,38 mlrd dollar təşkil edib. Şirkətin gəlirləri illik müqayisədə isə 2,1% artıb.
Məlumata görə, eyni dövrdə beynəlxalq birjalarda şirkətin 1 səhminin qiyməti proqnozları 30,5% və ya 0,5 dollar üstələyərək 2,14 dollar olub. Şirkətin səhmlərinin qiyməti illik müqayisədə isə 0,9% çox olub.
Qeyd edək ki, “Tesla”nın ötən il müştərilərinə təhvil verdiyi avtomobillərin sayı 2018-ci illə müqayisədə 49,9% və ya 122 260 ədəd artaraq 367 500-ə çatıb.