İstifadə olunmuş avtomobili almaq həmişə müəyyən bir risklə əlaqələndirilir. Satıcının tərif etdiyi "əla" vəziyyətdə olmayacaq bir avtomobil almaq şansı həmişə var.
Fins.az xəbər verir ki, satın alarkən diqqət etməli olduğunuz ilk şey - avtomobilin zərbə alıb-almamasıdır. Əgər avtomobil qəza keçiribsə, bu onun xidmət müddətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər və gələcəkdə yenidən satışla bağlı problemləriniz ola bilər. Hətta əvvəlki sahibi avtomobilin heç vaxt qəza etmədiyinə və bərpa işlərinə məruz qalmadığına and içsə belə, özünüzün əmin olmanız daha yaxşıdır. Bu barədə avtosfer yazır.
Birinci ondan başlayaq ki, müayinə etdiyiniz istifadə olunan avtomobil yaxşı yuyulmalı və təmiz olmalıdır. Kiçik bir toz qatı da müxtəlif qüsurları gizlədə bilər. Mümkünsə, müayinə ən yaxşı şəkildə gündüz saatlarında açıq havada aparılsın. Əgər siz avtomobili qapalı yerdə müayinə edirsinizsə, onda kifayət qədər miqdarda parlaq işıqla təmin etməlisiniz.
Parlaq Günəş işığı avtomobilin rəngləmə işlərində hətta cüzi fərqi də tez aşkar etməyə imkan verir. Dalğalar da görünəcək. Bu, gövdənin və ya ayrı-ayrı hissələrinin rəngləndiyini göstərə bilər. Şübhə edirsinizsə, eyni gövdə hissələrini fərqli tərəfdən müqayisə edə bilərsiniz. Gövdənin müəyyən bir hissəsi deformasiyaya və sonra bərpa işlərinə məruz qalmışsa, əks sahə ilə müqayisədə asimmetriya nəzərə çarpacaq.
Avtomobilin boya işləmə səthinə xüsusi diqqət yetirilməlidir. Boyalı yerlər parıltı və parlaqlıq baxımından fərqlənəcək.
Daha da əmin olmaq üçün avtomobilə aşağıdan da baxıla bilər. Rahatlıq üçün avtomobil qaldırıcı ilə qaldırılmalıdır. Bütün detallara diqqətlə baxın. Əgər rəng fərqini görsəniz, onda bəzi hissələri yəqin ki, bu yaxınlarda dəyişdirilib. Satıcı bu barədə heç bir şey deməyibsə ehtiyatlı olmalısənız və əlbəttə ki, hissələrin dəyişdirilməsinin səbəbini öyrənmək lazımdır.
İstifadə olunmuş avtomobil alarkən diqqətli olun və bu sizə uzun illər xidmət edəcək.