“AvtoVAZ” SC 2019-cu ildə Azərbaycanda LADA markalı avtomobillərin satışını 40% artırıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“2019-cu ildə Azərbaycanda 1600 ədəd LADA markalı avtomobil satılıb ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 40% çoxdur”, - deyə məlumatda qeyd olunur.
Azərbaycanda diler şəbəkəsini genişləndirmək və satışları artırmaq məqsədilə yanvarın 23-də Bakıda LADA rəsmi diler mərkəzi açılıb. Bu, Azərbaycanda avtomobil krediti, avtomobil sığortası, lizinq və trade-in daxil olmaqla bütün xidmət spektrini təklif edən sayca üçüncü LADA diler mərkəzidir.
“Azərbaycan LADA üçün əsas ixrac bazarlarından biridir. Diler şəbəkəsinin genişlənməsi Rusiya brendinə bazarda lider mövqeyini saxlamağa kömək edəcək və LADA avtomobillərinə artan tələbi təmin edəcək”, - deyə məlumatda qeyd olunur.
© MArja