Türkiyənin Manisa bölgəsində nəqliyyat vasitələrinin üzərində həbs qərarı olan və ya qüsurlu olan avtomobillər parkının 70 faizi dolub.
Fins.az xəbər verir ki, avtoparkda nəqliyyat vasitələri arasında 10 il əvvəl səhv parklanma səbəbi ilə alınan və sahibi tərəfindən unudulan nəqliyyat vasitələri də var. Bu barədə avtosfer yazıb.
Avtoparkın işçisi olan Mehmet Günay "Buradakı nəqliyyat vasitələrinin satışlarını ümumiyyətlə vergi idarələri və SGK həyata keçirir" deyir: "Daha tez həyata keçirilsə nəqliyyat vasitələrini alanlar həm iqtisadi baxımdan qazanarlar, həm də çürüməmiş olar."
Yunusemre rayonunda olan avtoparkda səhv parklanma, sənədləri qaydasında olmayan və ya borclanma səbəbiylə gətirilən avtomobillərlə yanaşı, nisbətən az qəzaya uğrayan lüks avtomobillər də var.
1500 nəqliyyat vasitəsi tutumu olan duracaqda 1000 avtomobil var. Bəzi avtomobil sahibləri borclanmaya görə və parkinq haqqını ödəməmək üçün uzun müddət dayanacaqda qalan nəqliyyat vasitələrindən imtina edirlər. Buradakı nəqliyyat vasitələrinin sayı gündən-günə artır.
Buradakı nəqliyyat vasitələri səlahiyyətli təşkilatlar tərəfindən satılmasına baxmayaraq dayanacağa çəkilən digər nəqliyyat vasitələri uzun müddət sahibləri tərəfindən alınmadığı üçün çürüyüblər.
Mehmet Günay qeyd edib ki, ötən gün burda maraqlı bir hadisə oldu: "Düz 10 il əvvəl Şehzadeler rayonundakı səhv park edən bir avtomobil alınmışdı. Bura bir nəfər gəldi. "Bir avtomobilim var idi, 10 il əvvəl alınmışdı, avtoparkda olduğu deyildi" dedi. Dövlət qeydiyyat nömrəsini sistemə vurduq. Gördük ki, bəli, maşın həqiqətən buradadır. Nəqliyyat vasitəsini istəyən sakin xaricdə yaşayırdı. Maşını da qardaşına vermişdi. Avtomobil səhv dayanma səbəbindən buraya gətirildiyindən və qardaşının avtomobilin ardınca getməyini, unutduğunu deyib".