AVTO

23 Yanvar

Lüks avtomobillərin satışı 10%-dən çox azalıb

Rusiyada ötən il lüks sinfinə aid 1 312 ədəd yeni avtomobil realizə edilib ki, bu da əvvəlki illə müqayisədə 10,2% azdır.

Fins.az-ın  “Avtostat” analitik şirkətinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə Rusiyada ən çox tələbat “Mercedes-Maybach S-Class” avtomobilinə olub. Hesabat ilində sözügedən avtomobillərin 480 ədədi satılıb.

Ən çox satılan lüks avtomobillər siyahısında ikinci yerə “Bentley” (319 avtomobil), üçüncü yerinə isə “Rolls-Royce” (192 avtomobil) layiq görülüb.

Bundan başqa siyahıda “Lamborghini” (142 avtomobil), “Maserati” (137 avtomobil), “Ferrari” (32 avtomobil) və “Aston Martin” (10 avtomobil) yer alıb.