Türkiyənin yeni silahlandırılmış pilotsuz uçan aparatı "Akıncı"nın testləri yekunlaşmaq üzrədir.
Fins.az xəbər verir ki, “Akıncı” bu il kütləvi istehsala girəcək.
“Akıncı”nın sistemi süni intellektə əsaslanıb. Cihaz operatorun müdaxiləsi olmadan qalxış-eniş prosesini həyata keçirə, hədəfləri aşkarlaya və məhv edə bilir. 12 min metr yüksəklikdə 800 km/saat sürətlə uça bilən “Akıncı”, qanadlı raketləri də idarə edir. Bundan əlavə, cihazın hər iki qanadının arxasında "forsaj" rejimli reaktiv motorlar yerləşir.
ABŞ-ın sonuncu nəsil "Valkyrie" (Kratos XQ-58) pilotsuz uçan aparatını nəzərə almasaq, “Akıncı”, həqiqətən də rəqiblərini 1 addım geridə qoya biləcək bir sistemdir.