Cənubi Koreyanın Kia şirkəti bu ilin yanvar-noyabr ayları ərzində dünya bazarında 80 mindən artıq Sportage krossover satıb.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobil ötən illə müqayisədə tələbatın 10 faiz artdığını nümayiş etdirə bilib. Bundan başqa, Sportage krossover markanın bütün digər modellərini satış sayına görə xeyli qabaqlayıb.
Krossover 161 at gücünə malik 1,4 və 2,0 litrlik mühərrik ilə satılır. Yenilik bütün komplektləşmələrdə 7 pilləli avtomatik transmissiya və ön ötürücüyə də malikdir. Salonda qabaqcıl multimedia kompleksi tətbiq edilib.