AVTO

20 Dekabr

“Volkswagen” gələn il 34 yeni model təqdim edəcək

Almaniyanın “Volkswagen” avtomobil şirkəti “rəqəmsal transformasiya” yol xəritəsi çərçivəsində növbəti illər üçün planlarını açıqlayıb.

Fins.az-ın məlumatına görə, şirkət elektrik və hibrid texnologiyaların inkişafı üçün 19 milyard avro investisiya qoyacaq.

Şirkət 2020-ci ildə 34 yeni model təqdim edəcəyini açıqlayıb. Onlardan 12-i krossover, 8-i hibrid və batareyalı avtomobillər olacaq.

Bundan başqa, “Volkswagen” Paris iqlim sazişi çərçivəsində 2025-ci ilədək istehsal prosesində karbon qalıqlarını iki dəfə azaltmağı planlaşdırdığını açıqlayıb.