İsveçin Volvo şirkəti 144,9 mindən artıq avtomobilin geri çağırılması üzrə proqramın başlanğıcını elan edib.
Fins.az xəbər verir ki, bu qərarın səbəbi aşkar edilmiş qüsurdur. Qüsura görə qapıların qəfildən öz-özünə açılması mümkündür. Mütəxəssislər müəyyən ediblər ki, çox isti iqlim şəraitində qıfıllar orijinal möhkəmliyini itirə və qapılar açıla bilər. Həmçinin alət panelində nəzərdə tutulmuş xüsusi göstəricilər də bunu sübut edir.
Geri çağrılmanın 2011-ci ildən 2017-ci ilə qədər olan müddətdə buraxılmış modellərə aid ediləcəyi göstərilir. Qüsurları düzəltmək üçün bütün işlər istehsalçının hesabına həyata keçiriləcək.