AVTO

19 Dekabr

Tesla bu ölkəsdə endirimə gedəcək

Tesla-nın Şanxaydakı zavodunda istehsal ediləcək Model 3 sedan avtomobillərinin qiymətlərində gələn ilin ikinci yarısında ən azı 20 endirimə gedəcəyi bildirilir. 

Fins.az xəbər verir ki, dünyanın ən böyük elektromobil bazarı yavaşlayıb. Mənbələrə görə, daha çox alıcını cəlb etməyi hədəfləyən ABŞ-lı avtomobil istehsalçısı, daha çox yerli komponentlər istifadə edib daha az ehtiyat hissələri idxal edərək gömrük tariflərindən yayınacaq və bu şəkildə xərclərini aşağı salacaq.

Tesla-nın Şanxaydakı yeni zavodunda istehsal ediləcək avtomobillərin qiyməti 355 800 yuan (50 800 dollar) səviyyəsindən başlayacaq və ehtimalla 2020-nin ikinci yarısında düşəcək.

Tesla-nın İcraçı direkrou Elon Musk, digər markalar qarşısında üstünlük qazanmaq üçün markanın ABŞ xaricində qurulan ilk istehsal müəssisəsi olan Şanxay zavoduna güvənir.

Söz mövzusu "hücum"un NIO Inc. və Xpeng Motors kimi yerli istehsalçılar üzərində də qiymət  təzyiqinə səbəb olacağı gözlənilir.