Yeni elektrik BMW iX3 krossoveri enerji təchizatı olmadan artırılmış 440 kilometr gediş məsafəsi alacaq.
Fins.az xəbər verir ki, konseptual modelin ilk çıxışı ötən ilin yazında baş verib. Alman şirkətinin nümayəndələri rəsmi olaraq BMW iX3 elektrokarının seriya istehsalının gələn il baş verəcəyini elan ediblər. Bildirilib ki, batareyanın gücü 74 kVt/saat təşkil edəcək.
Daha əvvəl mütəxəssislər bu avtomobilin 286 at gücünə malik elektrik mühərrikinə sahib olduğunu söyləyiblər. Hələlik söhbət yalnız avtomobilin arxa təkərli modifikasiyasından gedir, lakin sonradan model digər versiyaları da əldə edə bilər. İstehsalçı hələlik bu yeniliklə bağlı qalan təfərrüatlar barədə susur.
© TED