2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana 428 milyon 450 min dollar dəyərində minik avtomobilləri idxal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 51% çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-oktyabr aylarında ölkəyə 31 min 934 ədəd minik avtomobili (artım 1,8 dəfə) gətirilib.
Hesabat dövründə Azərbaycana 47 milyon 896 min dollar dəyərində (artım 1,8 dəfə) 2934 ədəd yük avtomobili (artım 1,7 dəfə), 59 milyon 273 min dollar dəyərində (artım 6,8 dəfə) 441 ədəd avtobus (artım 2,5 dəfə) gətirilib.
© Marja