AVTO

17 Dekabr

Nissan Leaf elektrokarını yeniləyib

Nissan şirkəti yenilənmiş Leaf modeli barədə məlumat verib.

Fins.az-ın məlumatına görə. gələn ilin fevral ayında daxili bazarda satılacaq Nissan Leaf hetçbeki genişləndirilmiş yardımçı sistemlər kompleksinə sahib olacaqdır. Yeniliklər arasında təkmilləşdirilmiş ProPilot sistemi də vardır. Artıq bu kompleks enişdə hərəkət zamanı gərək olan sürəti saxlamağa imkan verən sistemə, sürücüyə manevr etməkdə yardım edərək parkinqə sərf edilən vaxtı 20% azaltmağa imkan verən parkinq yardımçısına, kor zonaların monitorinqini aparan ağıllı sistemə və piyadaları səs siqnalı ilə elektrokarın yaxınlaşdığını xəbərdar edən funkisyaya malik olub.

Bütün bu sayılanlardan başqa, multimedia sisteminin 9-düymlük ekranı da standart avadanlıq siyahsına daxil edilib.  Bundan başqa, naviqasiya sisteminə batareyaların doldurulması planı əlavə edilmiş, Wi-Fi giriş nöqtəsi  və “akula üzgəci” formasında antenna peyda olmuşdur. Eyni zamanda, avtomobilin rəng çeşidinə Vivid Blue və Stealth Grey çalarları daxil edilib. Standart Leaf modelinin yenilənməsi ilə birlikdə, Nissan şirkətinin törəmə müassisəsi də bu modelin öz versiyasını yeniləyib. Leaf Autech modeli də eyni yenilənmələrə və ikirəngli kuzov boyanmasına sahib olub.