Son zamnalar istehsal ili köhnə olan bəzi avtomobillərdə qəza zamanı təhlükəsizlik yastıqlarının açılmadığı müşahidə edilir. Xüsusilə də ön buferi dəyişilən avtomobillərin böyük əksəriyyətində sürücülər bu problemlə tez-tez rastlaşir.
Fins.az-ın məlumatına görə, əksər sürücü avtomobilin bu vacib detalının işləyib-işləmədiyindən məlumatsızdır. Avtomobil ustası Sahil Ağabəyli bildirir ki, istənilən avtomobilin təhlükəsizlik yastığının işləyib-işləmədiyini diaqnostika vasitəsi ilə yoxlamaq mümkündür. Sadəcə bəzi hallarda sürücülər özləri buna etinasız yanaşırlar.
Sahil Ağabəylinin sözlərinə görə, avtomobilin ön buferində sensorlar olur ki, qəza baş verən an təhlükəsizlik yastıqlarını avtomatik işə salsın. Lakin bufer dəyişdiriləndə və bəzi digər hallarda bu sensor sıradan çıxır. Bəzi hallarda isə təhlükəsizlik yastığının özü xarab olur. Onun da qiyməti təxminən 500 manatdan başlayır. Mütəxəssislər avtomobildə "SRS" yazısı göründüyü halda ustaya müraciət etməyi tövsiyə edirlər.