Soyuq havalarda avtomobillərdə qəza riski artır. Fins.az-ın məlumatına görə, yayda havanın temperaturu yüksək olduğundan avtomobildə olan bir çox rezin hissələr keyfiyyətini itirir və ya sıradan çıxır. Bu isə yağışlı və şaxtalı günlərdə avtomobildə idarəetməni çətinləşdirə və sürücülər üçün ciddi problem yarada bilər. Avtomobil ustalarının sözlərinə görə, əksər avtomobillərdə eyni ehtiyat hissələri sıradan çıxır.
Avtomobil ustası Sahil Ağabəyli deyir ki, sadalanan hissələri nasaz olan avtomobillərin sürücüləri üçün qəza riski daha çox olur. Xüsusilə də uzaq yol gedən və ya avtomobili sürətlə idarə edən sürücülərin belə avtomobillərlə qəza törətmək riski isə ikiqat artır.
Ustalar deyirlər ki, soyuq aylar başlamadan sürücülər avtomobillərinə qulluq etsələr, qəzadan və ya yolda qalmaqdan xilas ola bilərlər.
©Avtosfer.az