AQRO

13 Dekabr

Püstə bağlarının hər hektarına görə fermerlərə 3000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək

Püstə bağlarının hər hektarına görə fermerlərə 3000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək.

Bu barədə Fins.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 1 sentyabr 2024-cü il tarixindən 2025-ci il mayın 31-dək Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi zonalarında dəniz səviyyəsindən 150 metrdən aşağı olan ərazilərdə salınacaq püstə bağları üçün nəzərdə tutulub.

"Bu subsidiya növü damcı suvarma sistemi quraşdırılmış, hektar üzrə ən azı 400 ting əkilmiş püstə bağlarına şamil edilir", - deyə məlumatda qeyd olunub.