Fins.az - 2024-cü ilin noyabrında Guangxi əyalətindəki Gıygang şəhərində ilk pilotsuz düyü sahəsi – "İnyonq Ağıllı Ris Ferması" uğurlu sınaqlardan keçirilib.
Dronlar vasitəsilə birbaşa səpilən düyünün məhsuldarlığı, hektara 1000 kq-dan çox olub. Məhsul, 2023-cü ilin ortalama məhsuldarlığını əhəmiyyətli dərəcədə üstələyib.
Bu texnologiyanın tətbiqi ilə kənd təsərrüfatında xərclər azalır və gəlirlər artır. Ağıllı kənd təsərrüfatı, Guangxi-nin aqrar sektorunun müasirləşməsinə töhfə verəcək.