AQRO

21 Noyabr

Kənd təsərrüfatı istehsalını artırmaq üçün aqrokimyəvi analiz əsasında gübrələrdən istifadə artırılır

Azərbaycan kənd təsərrüfatı sahəsində müasir yanaşmalarla əkin sahələrinin daha səmərəli istifadəsinə diqqət yetirir.

Fins.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, "İqlim gündəliyi və dayanıqlı inkişaf kontekstində Rusiyanın qlobal ərzaq təhlükəsizliyinə töhfəsi" mövzusunda keçirilən panel müzakirəsində bildirib ki, ölkə müasir becərmə və suvarma metodlarını tətbiq etməklə əkin sahələrindən maksimum faydalanmağa çalışır.

Nazir qeyd edib ki, Azərbaycanda geniş ərazilərdə növbəli əkin sistemlərinin tətbiqi və aqrokimyəvi analizlər əsasında gübrələrdən istifadə ön planda tutulur. Bu tədbirlər torpaqların deqradasiyasının qarşısını alır, onların münbitliyini qoruyur və kənd təsərrüfatı istehsalının artırılmasına yönəlmişdir.

Ərzaq təhlükəsizliyinin artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayan Məcnun Məmmədov, bu sahədə həm yerli, həm də qlobal səviyyədə daha da gücləndirilmiş əməkdaşlığın vacibliyini qeyd edib.