AQRO

14 Oktyabr

Avstraliya buğda ixracını azaldır

2023-2024 illəri üçün Avstraliyadan buğda ixracı 19,5 milyon ton dəyərində qiymətləndirilir.

Fins.az Avstraliya Statistika İdarəsinin son məlumatlarına əsasən, xəbər verir ki, analitiklər buğda ixracı ilə bağlı gözləntiləri 20 milyon tondan azaldıblar.

Avqust ayında Avstraliya 1 212 229 ton buğda ixrac edib ki, bunun 2 844 tonu sərt buğdadır. Bu, iyul ayında 1 478 178 ton (2 503 ton sərt buğda) ilə müqayisədə 18 faiz azalma nümayiş etdirir. Tədarükün əsas təyinat yerləri arasında Cənubi Afrika, Tayland və Malayziya yer alır.

Lachstock Consulting-in sentyabr hesabatına görə, avstraliyalı tədarükçülərin avqust və sentyabr aylarında 1,8 milyon ton buğda yükləməsi gözlənilir. 2023-2024 illəri üçün istehsal həcmi isə 30,3 milyon ton olaraq qiymətləndirilir, bu da quraqlıq şəraiti ilə izah edilir.