İmişli rayonunda pambıq yığımı əsasən texnika ilə həyata keçiriləcək.
Fins.az xəbər verir ki, bu barədə İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib.
Məlumata görə, bu il rayonda 7 033,7 hektar sahədə pambıq əkilib və məhsulun yığılması üçün 28 pambıqyığan maşın hazır vəziyyətə gətirilib. Bununla yanaşı, yığım prosesində 53 traktor və 114 yedəkli lafet də istifadə olunacaq.
Hazırda pambıq kollarının yarpaqlarının tökülməsi üçün tarlalarda defolyasiya işləri görülür, bu da yığımın daha səmərəli olmasına şərait yaradır.
Fuad Mədətov
Fins.az