Bu il Salyan rayonunda 250 hektar ərazidə şəkər çuğunduru əkilib.
Fins.az xəbər verir ki, bu barədə məlumatı Salyan Rayon Statistika İdarəsi verib.
Məlumata əsasən, cari ildə təsərrüfat sahibləri tərəfindən əkilən şəkər çuğunduru sahəsindən ümumilikdə 437 ton məhsul yığılıb.
Qeyd etmək lazımdır ki, ötən il rayonda şəkər çuğunduru əkini aparılmayıb, bu da cari ildə məhsul istehsalında fərqli nəticənin əldə olunmasını göstərir. Şəkər çuğundurunun əkilməsi bölgənin kənd təsərrüfatında diversifikasiyanın genişləndirilməsi və məhsuldarlığın artırılması üçün mühüm addım hesab edilir.
Fuad Mədətov
Fins.az