AQRO

16 Sentyabr

Rusiyadan Azərbaycana buğda, yağ-piy məhsulları və şəkərin tədarükü sahəsində artım gözlənilir

Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq davam edir və düyü toxumunun Azərbaycana tədarükü məsələsi hazırda öyrənilir. Bu məsələ Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut arasında keçirilən görüşdə müzakirə olunub.

Fins.az Rusiya Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Rusiyadan Azərbaycana əsasən buğda, günəbaxan yağı və qənnadı məhsulları ixrac olunur və bu tədarüklərin artırılması üçün Rusiya müəssisələri hazırdır. Xüsusilə buğda, yağ-piy məhsulları və şəkərin tədarükü sahəsində artım gözlənilir.

İki ölkə arasındakı bu əməkdaşlıq, kənd təsərrüfatı məhsulları sahəsində daha geniş əlaqələrin qurulmasına və ticarət dövriyyəsinin daha da artmasına şərait yaradacaq.

Fuad Mədətov
Fins.az