AQRO

13 Sentyabr

Cəlilabadda 30 min hektar əkin sahəsində yay şumu tamamlanıb

Cəlilabad rayonunda bu günə qədər 30 min hektara yaxın əkin sahəsində yay şumu həyata keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində aqrotexniki əməliyyatların vaxtında və düzgün həyata keçirilməsi, həmçinin məhsul yığımından dərhal sonra torpağın növbəti əkin üçün hazırlanması məhsuldarlığı artırır. Bu səbəbdən fermerlər yay şumu aparmağa daha çox maraq göstərirlər. Yay şumunun tətbiqi fermerlərin əkin məsrəflərini azaldaraq, növbəti mövsümdə daha yüksək məhsul əldə etmələrinə kömək edir.

Eyni zamanda, yay şumu torpağın strukturunu yaxşılaşdırır, alaq otlarına və gəmiricilərə qarşı mübarizə xərclərini azaldır, və torpağın üzvi gübrə ilə zənginləşməsini təmin edir.

Hazırda yay şumu prosesi davam edir.

Fuad Mədətov
Fins.az