AQRO

11 Sentyabr

İmişlidə məcburi köçkünlərə məxsus torpaq sahəsində əkin işləri aparılıb

İmişlidə, Cəbrayıl rayonundan olan məcburi köçkünlərə məxsus torpaq sahələrində bu il əkin işləri genişmiqyaslı şəkildə həyata keçirilib. Ümumilikdə, 4 529 hektar sahədə əkin aparılıb.

Fins.az xəbər verir ki, əkin sahələrinin suvarılması ilə Dövlət Su Ehtiyatları Agentliyinin Cəbrayıl yerli istismar idarəsi məşğuldur. İdarənin balansında 100 km-dən çox suvarma kanalı və 137 km-dən artıq kollektor-drenaj şəbəkəsi mövcuddur. Bu şəbəkənin 33 km-i beton üzlüklü, 50 km-dən çoxu isə torpaq məcralı kanallardan ibarətdir.

Bu il suvarma işləri həyata keçirilən sahələrdə müxtəlif bitkilər əkilib. Bunlar arasında 1 080 hektarda taxıl, 1 833 hektarda yonca, 40 hektarda pambıq və 18 hektarda şəkər çuğunduru daxildir.

Fuad Mədətov
Fins.az