AQRO

10 Sentyabr

Yem və yem əlavələrinin idxalı sadələşdirilib - AQTA

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici qida obyektlərindən yem və yem əlavələrinin idxalını davam etdirir. 2023-cü il yanvarın 1-dən etibarən "Qida təhlükəsizliyi haqqında" Qanun qüvvəyə minib, bu sahədə beynəlxalq təcrübəyə əsaslanan yeniliklər və sadələşdirmələr tətbiq olunub. 

Fins.az xəbər verir ki, yem məhsullarının idxalı üçün artıq qeydiyyat tələbi ləğv edilib, bu da yem məhsullarının idxalını sadələşdirib. Yem əlavələri isə Agentlik tərəfindən təsdiq edilən obyektlərdən idxal edilə bilər. Cari il ərzində Rusiya, Argentina, Türkiyə və digər ölkələrdən yem məhsulları və quş yemi idxalında artım qeydə alınıb. 

Qeyd edək ki, bəzi mediada quş əti qiymətlərinin artması ilə bağlı iddialar həqiqəti əks etdirmir və tətbiq olunan yeni qaydalarla əlaqəsi yoxdur.

Zemfira Ms
Fins.az