AQRO

28 Avqust

Azərbaycan ərazisinin 22%-i şiddətli quraqlığa məruz qalıb

2023-cü ildə ölkə ərazisinin 22%-i (19,094 kvadrat kilometr) şiddətli quraqlığa məruz qalıb. Ən çox təsirə məruz qalan bölgələr Gəncə-Daşkəsən, Qarabağ, Dağlıq Şirvan, Qazax-Tovuz və Şirvan-Salyan iqtisadi rayonları olub.

Fins.az xəbər verir ki, bunu "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" zamanı Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev deyib.

2023-cü ildə ölkəmizdə müşahidə olunan quraqlıq vəziyyəti ilə bağlı məlumat verən F.Tağıyev bildirib ki, quraqlıq riskinin qiymətləndirilməsi nəticəsində ölkə ərazisinin 15%-ində quraqlıq riskinin səviyyəsinin yüksək olduğu müəyyən edilib. Bu, quraqlığın kənd təsərrüfatı və ümumi ekosistemlərə təsirinin daha da dərinləşəcəyinə işarə edir.

Fuad Mədətov
Fins.az