Biləsuvar rayonunda artıq bir neçə gündür ki, günəbaxan yığımı başlayıb.
Fins.az xəbər verir ki, cari ildən rayon üzrə 129,8 hektar ərazidə günəbaxan bitkisi əkilib. Hal-hazırda sahələrdə məhsul yığımı intensiv şəkildə davam edir və bu vaxta qədər 160,8 ton məhsul əldə olunub. Bu ilin məhsuldarlığının 24,0 sentnerə çatdırılması gözlənilir.
Ötən il isə rayon üzrə 59,8 hektar ərazidə günəbaxan əkilmişdi və bu sahələrdən 132,1 ton məhsul toplanmışdı. Həmçinin, ötən ilin orta məhsuldarlığı 22,1 sentner olub.
Fuad Mədətov
Fins.az