AQRO

01 İyul

Bu rayonda şəkər çuğunduru sahələri 50 dəfəyə yaxın artırılıb

Bu mövsüm Cəlilabad rayonunda şəkər çuğunduru sahələri 50 dəfəyə yaxın artırılıb.

Fins.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu il 148 hektar sahədə şəkər çuğunduru bitkisi əkilib. Ötən il bu rəqəm 3 hektara bərabər olub.

Fermerlərin sözlərinə görə, ötən illər su problemi ilə bağlı bu bitkini əkməkdən yayınıblar. Onlar həmçinin qeyd edib ki, şəkər çuğunduru Cəlilabadın torpaq və iqlim şəraitində yüksək məhsuldarlıq verə bilir.