AQRO

25 İyun

Bugünədək 400 min hektardan artıq sahədə biçin aparılıb

Azərbaycanda taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, artıq payızlıq əkin sahələrinin 40 faizində biçin başa çatıb.

Bu barədə Fins.az-a KTN-dən məlumat verilib. 

Artıq 403 503 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 878 173 ton arpa, 366 723 ton buğda yığılıb. Arpa sahələrinin 69,5 faizində, buğda sahələrinin isə 18,4 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sentner, buğda üzrə isə 34 sentner təşkil edir.

Hazırda respublikanın 40-a yaxın rayonunda intensiv biçin prosesi gedir. Bu rayonlardan Ağsu, Biləsuvar, Neftçala, Sabirabad, Samux, Salyan, Ucar, Kürdəmir rayonlarında biçin səviyyəsi 70 faizi keçib, Naftalanda isə biçin başa çatıb.

Biçin prosesi davam edir.

Fuad Mədətov
Fins.az