AQRO

21 İyun

Bu ilin ilk 5 ayında 40,1 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Bu ilin yanvar-may aylarında ölkədən 40,1 milyon ABŞ dolları dəyərində 211,7 min tondan çox azot gübrəsi ixrac olunub.

Fins.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 32 faiz, həcm baxımından isə 2 dəfə çoxdur.

Təkcə bu ilin may ayında ölkədən 7 milyon dollar dəyərində 40,8 min ton məhsul ixrac olunub ki, bu da aprel ayı ilə müqayisədə dəyər ifadəsində 16,2 faiz, həcm olaraq isə 40,7 faiz çoxdur.

Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,36 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,18 faizə bərabər olub.