Azərbaycanda aqrar sığorta modelinin əsas xüsusiyyətlərindən biri onun kifayət qədər geniş əhatə dairəsinə malik olmasıdır.
Funs.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
Onun sözlərinə görə, fermerlərə 41 bitki növü üzrə 14 riskdən, heyvandarlıq üzrə 8 riskdən sığorta təminatı təklif edilir:
“Təklif edilən aqrar sığorta xidmətləri ölkədə fəaliyyət göstərən fermerlərin 96%-i üçün xidmətlərin əlçatanlığını təmin edir. Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 25%-i sığorta təminatı altına alınıb”.
M.Məmmədov onu da qeyd edib ki, Aqrar Sığorta Fondu tərəfindən sığorta təminatı verilmiş fermerlərə baş vermiş sığorta hadisələrinə görə ödənilən təzminatlar ildən-ilə artmaqdadır:
“Bu amil zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini fasiləsiz davam etdirməyə imkan verir”.
Fuad Mədətov
Fins.az