AQRO

14 İyun

Ölkə üzrə arpa sahələrinin 33 faizindən çoxunda biçin yekunlaşıb

Payızlıq əkin sahələrinin 14,8 faizində biçin başa çatıb, 149 240 hektar sahədə biçin yekunlaşıb.

Fins.az Kənd Təsərrüfatı Nazirliyinin məlumatı əsasında, xəbər verir ki, sahələrdən 417 761 ton arpa, 18 305 ton buğda yığılıb. Arpa sahələrinin 33,1 faizində, buğda sahələrinin isə 1 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,1 sentner, buğda üzrə isə 33,4 sentner təşkil edir.

İntensiv biçin prosesi əsasən Neftçala, Biləsuvar, Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Salyan, Samux rayonları ərazisində aparılır. Bu rayonlardan Neftçala, Ucar, Biləsuvar və Salyanda biçin səviyyəsi 40 faizi keçib.