AQRO

04 İyun

Tərəvəz və meyvələrin emal məhsullarının ixracı artıb

Bu ilin yanvar-aprel ayları ərzində ölkədən 13,8 milyon ABŞ dolları dəyərində 8,9 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

Fins.az-n Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə ixracın dəyəri 20,9 faiz və ya 2,4 milyon dollar, həcmi isə 7,7 faiz və ya 641,6 ton artıb.

Cari ilin ilk dörd ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,17 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,51 faizə bərabər olub.