AQRO

17 May

Ölkənin aktiv kənd təsərrüfatı ərazilərində əkin növlərinin rəqəmsal xəritəsi hazırlanacaq

Bakıda keçirilən 17-ci Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisi (Caspian Agro) çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və “Azərkosmos” arasında əməkdaşlığın genişləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb.

Fins.az Nazirlikdən verilən məlumata əsasən, xəbər verir ki, razılaşmaya əsasən, peyk təsvirləri və kosmik həllərdən istifadə etməklə ölkənin aktiv kənd təsərrüfatı ərazilərində əkin növlərinin xəritəsi, o cümlədən pivot suvarma sistemlərinin coğrafi məlumat bazasının yenilənməsi üzrə rəqəmsal xəritə hazırlanacaq.

Əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində peyk təsvirləri əsasında iqlimin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi işlərinin aparılmasıdır.