AQRO

30 Aprel

Qazaxıstan Azərbaycan üzərindən gübrə tədarükünü artırmağı planlaşdırır

Cari ilin yanvar-mart aylarında “KazAzot” SC tərəfindən Aktau (Qazaxıstan) limanından Hövsan limanına (Azərbaycan) doğru 6 min tondan çox ammonium nitrat göndərilib.

"KazTransOil" SC-nin məlumatına görə, məhsul dünya bazarlarına çıxarmaq üçün Batumi dəniz limanına daşınıb.

Fins.az xəbər verir ki, İlin sonunadək istehsalçı 50 min tondan çox ammonium nitratın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə Batumi limanına daşınmasını təmin etməyi planlaşdırır.