AQRO

26 Aprel

Rusiyada günəbaxan emalı gücü təxminən 1,5 milyon ton artacaq

Rusiya günəbaxan emalı müəssisələrinin il ərzində ümumi gücü 1,475 milyon ton artacaq.

Fins.az xəbər verir ki, belə bir proqnozu RUSEED analitik mərkəzinin ekspertləri səsləndiriblər.

"İstehsal potensialı təkcə builki məhsulu deyil, həm də bütün qalıqları emal etmək üçün kifayət edəcək - potensialın artıqlığı 1,2 milyon ton səviyyəsində proqnozlaşdırılır", - ekspertlər hesab edirlər.
Vurğulandığı kimi, ötən il sənaye də 1 milyon ton artıq istehsal gücü ilə işlənib. Eyni zamanda, SCFO və SFO bölgələrində onların kəsiri qeyd edilib, bu, çox güman ki, 2024-cü ildə də davam edəcək.

Həmçinin qeyd edilir ki, Rusiya günəbaxanının ümumi məhsulu, ekspertlərin fikrincə, təxminən 17,6 milyon ton təşkil edə bilər.

Günel Məlikzadə
Fins.az