AQRO

25 Aprel

İordaniya planlaşdırılan arpa həcmini azaldıb

Bazar operatorlarının sözlərinə görə, İordaniya dövlət qurumu planlaşdırıldığı kimi aprelin 24-də keçirilən tender zamanı 60 min ton arpa alıb.

Fins.az xəbər verir ki, taxıl CF Aqaba bazasında çatdırılmaqla ton üçün 217 ABŞ dolları qiymətinə Al Dahra operatorundan alınıb.

Taxılın idxalçıya təhvil verilməsi bu ilin 16-31 iyul tarixlərində baş tutmalıdır.

Günel Məlikzadə
Fins.az